“Keçmişdən tikdiyimiz körpünü gücləndirərək yolumuza davam edəcəyik".
SİA-nın əldə etdiyi məlumata görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan rəsmi səfər üçün paytaxt Ankarada olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuat konfransında deyib.
Dövlət başçısı Ərdoğan çıxışında xatırladıb ki, bu il Qazaxıstanla diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Cənab Tokayevin yeni Qazaxıstanın formalaşmasında göstərdiyi səylər təqdirəlayiqdir.
Hər şəraitdə qazax qardaşlarımızın yanında olacağıq. Keçmişdə tikdiyimiz körpünü gücləndirərək yolumuza davam edəcəyik.
“Türkiyə-Qazaxıstan ticarətinin həcmi 58 faiz artaraq 5,3 milyard dolları keçib. Ümid edirəm ki, birlikdə atdığımız addımlarla 10 milyard dollarlıq hədəfə çatacağıq", - dövlət başçısı bildirib.
Prezident həmçinin Qazaxıstanla Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı, eləcə də Türk Dövlətləri Təşkilatı kimi platformalarda həmrəyliyi davam etdirmək əzmində olduqlarını təsdiqlədiklərini vurğulayıb.
Ərdoğan “Təxminən 19 milyon əhalisi olan Qazaxıstanla 85 milyon əhalisi olan Türkiyə arasında həmrəyliyin nə qədər əhəmiyyətli olacağı təqdirə layiqdir" deyib.
Qonaq Prezident Tokayev isə öz növbəsində deyib:
“Qardaşım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müqəddəs Anadolu torpağına rəsmi dəvətinə görə çox məmnun olduğumu bildirmək istəyirəm. Biz bu gün çox mühüm məsələlər ətrafında geniş müzakirələr apardıq. Prezident Ərdoğan bilikli və hörmətli siyasətçidir. Ona görə də fikirləri çox dəyərlidir. Qazaxıstan və Türkiyə ortaq köklərə malik qardaş və dost dövlətlərdir.Türkiyədən heç bir zərər gəlməyib, biz həmişə xeyir görmüşük. İndiyə qədər belə olub, belə də olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB