Nikol "yazıq" neyləsin?

...Əslində, ermənilərə deyən gərək ki, bu gün hər şeyi təkcə Nikol Paşinyanın adına yazmaq doğru deyil axı.

Məsələn, statistik rəqəmlər göstərib deyirsiniz ki, bu ilin birinci rübü ərzində Ermənistanda ölüm göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli, dəqiq rəqəm də təqdim edib bildirirsiniz ki, 5.3 faiz artıb.

Yaxşı, buna Paşinyan neyləsin?

Sonra deyirsiniz ki, bu ilin birinci rübündə erməni qadınlar dünyaya 8098 uşaq gətiriblər...halbuki bu əvvəlki ilin eyni dövründə 8707 olubmuş.

Hətta buna görə, indiki hökuməti normal olmamaqda, səriştəsizlikdə, prinsipcə, strateji əhəmiyyət kəsb edən dövlət tapşırıqlarına biganəlikdə “ittiham” edirsiniz. Hələ bir ona “qara da yaxırsınız” ki, guya onu daha çox demoqrafik böhran maraqlandırır.

Deyirsiniz ki, Nikol o vaxt hakimiyyətə gələndə ermənilərin sayını 5 milyona çatdıracağına söz veribmiş, amma, ermənilərin artmamağı bir yana, o gələndən sonra 23,7 faizdan da çox azalıb və azalma bu gün də davam etməkdədir.

...Deyim ki, hələ bununla da dayanmırsınız.

Deyirsiniz ki, guya Nikol o vaxt hakimiyyətə gələndə Ermənistanda turizmi 10 dəfə artıracağına söz veribmiş, amma bu gün beş-altı iranlı istisna olmaqla heç kim turist kimi “dünyanın ən qədim şəhəri olan İrəvana” ayaq basmaq istəmir.

Sonra da deyirsiniz ki, yenə də Nikol ölkədəki ÜDM-i 15 dəfə artıracağını deyibmiş, amma azalma olub.

...O vaxt Nikol "say-seçmə qəhrəman erməni oğullarından" dünyanın ən döyüşə hazır ordularından birin yaradacağına boyun olubmuş, amma yaratdığı ordunun hamısı "dezertir", yəni fərari çıxdı.

...Qarabağda müftə arağdan gillədən Nikol “Artsax Ermənistandır, vəssalam” deyib erməniləri “cəhənnəm oduna” saldı. Hələ bir ardını da gətirmək istəyirsiniz...

Amma demirsiniz ki, Nikol üçün bütün bu “uğursuzluqlara” zəmini özündən əvvəllkilər, yəni Serjik Sarkisyanla, Robert Koçaryan yaratməşdılar.

...Niyə o vaxt Serjik Sarkisyan ermənilərin Milli Assambleyasinda çıxışı zamanı 2040-cı ilə qədər Ermənistandakı ermənilərin sayını 4 milyona çatdıracağını demirsiniz? Niyə bunları “yazıq” Nikolun adına yazırsınız? Hələ Serjikin Ermənistanda guya ÜDM-in orta illik dövriyyəsinin 57-60 milyard dollardan çox göstəriciyə çatdıracağını demirik.

...Gərək ki, o da yadınızda olar, həmən ərəfədə BMT-nin Əhali Fondunun Ermənistandakı nümayəndəliyinin icraçı direktoru vardı...Qarik Ayrapetyan... öz xalqına yaxşı bələd olanın biri kimi, deyilənlərin Ermənistanda mümkünsüzlüyünü demirdi, sadəcə olaraq inandırmağa çalışırdı. Amma kimi?

Ona görə də, bu gün ermənilərin bütün uğursuzluqlarını təkcə Nikol Paşinyana yükləmək doğru deyil axı...

...Bir də, sizin Ermənistandan qaçıb gedən ermənilrə görə, “narahatlıq” keçirməyinizə də heç bir əsas olmamalıdır, əksinə ermənilərin köçüb məskunlaşdığı ərazinin sakinləri narahat olmalıdırlar. Çünki, gəlmə ermənilər nə vaxtsa mütləq bu ərazilərin “qədim erməni torpağı” oldunu iddia edəcəklər. Siz, təbii ki, bir erməni olaraq buna zərrəcə də olsa şübhə etmirsiniz. Bir də, erməni taixçisi olub... Qevorq Aslan, gərək ki, onun sözüdür, deyir ki, “...ermənilər harada çörək boldursa, oranı özlərinə vətən hesab edirlər”. Ona görə də...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə