Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, Ukrayna ordusunun Qara dənizdəki İlan adasına nəzarəti ələ keçirməklә bağlı cәhdlәrinin qarşısı alınıb.

SİA xəbər verir ki, İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.

Konaşenkov qeyd edib ki, Kiyev administrasiyası son iki gündə Qara dənizin şimal-qərbindәki İlan adasına qurudan və dənizdən hücum edib.

Rus əsgərlərinin adekvat cavabı nəticəsində Ukrayna ordusunun adanı nәzarәtinә keçirmәklә bağlı cәhdlәrinin qarşısının alındığını ifadә edәn İqor Konaşenkov deyib:‘‘İlan adasına edilən hücumlar zamanı Ukraynaya mәxsus 4 tәyyarә vә iki helikopter vurulub’’.

Bölgədə iki gündə 29 pilotsuz uçuş aparatının havada vurulduğunu deyən Konaşenkov mayın 8-də Ukraynaya mәxsus 3 zirehli döyüş gəmisinin məhv edildiyini bildirib.

İlan adasına hücum etmәyә cәhd göstәrәn 50 ukraynalı hәrbçinin öldürüldüyünü bildirәn İqor Konaşenkov deyib: “Bu günədәk Ukraynaya məxsus 162 təyyarə, 124 helikopter, 790 pilotsuz uçuş aparatı, 299 hava hücumundan müdafiə sistemi, 2 967 tank və zirehli texnika, 347 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1 432 haubitsa və minaatan, 2 778 hərbi texnika məhv edilib’’.

Bütün xəbərlər Facebook səhifəmizdə