ABŞ prezidenti Cozef Bayden Rusiyanın Ukrayna böhranından çıxış yolunun olmadığı bir vəziyyətdə necə hərəkət edəcəyini anlamağa çalışdığını deyib.
Təbii ki, “Reuters” agentliyi bunu ABŞ prezidentinin şəxsi fikri kimi təqdim edir.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri ilə görüşdə Moskvanın hazırda çıxış yolu olmadığından narahatlıq “ifadə edən” ABŞ lideri “... mən bununla bağlı nə etməli olduğumuzu anlamağa çalışıram” - deyə bildirib.
Ağ Evin mətbuat fondunun məlumatına görə, Bayden Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini “çox ehtiyatlı” adlandırıb: “...Putin NATO-nu parçalaya biləcəyini düşünürdü, Avropa İttifaqını parçalaya biləcəyini düşünürdü”. Bunu da ABŞ prezidenti deyib.
Moskvanın Ukraynaya müdaxiləsini beynəlxalq hüququn pozulması adlandıran Bayden, Rusiya hakimiyyətinin ABŞ-ın təhlükəsizlik problemini həll etmək üçün bütün cəhdlərini rədd etdiyinə də işarə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB