...Bunlar, təbii ki, pis mənada, hər şeyə qadirdilər.
Deməli, rus saytlarının yazdığına görə, ruslar “Luqansk Xalq Respublikası”nın tanınması ilə bağlı Suriya, Venesuela və bir sıra digər ölkələrlə danışıqlar aparırlar.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “respublika”nın Rusiyadakı səfiri Rodion Miroşnikə bildirib.
Onun sözlərinə görə, bu gün bir çox tərəfdaşlarla danışıqlar aparılır. Rəsmi olaraq indi deyə bilərik ki, hazırda Suriya və Venesuela ilə təşkilati məsələlər həll olunur. Bizimlə əlaqələr qurmaqda, “Luqansk Xalq Respublikası” ilə münasibətlərin parametrlərini müzakirə etməkdə maraqlı olan bir sıra digər dövlətlərlə də danışıqlar aparılır.
Miroşnik “təvazökarlıq edib” bu ölkələrin adını hələ ki, gizli saxladığını bildirib.
“...Bunun üçün normal, vicdanlı diplomatik iş görmək lazımdır və əminəm ki, bir az sonra belə işlərin nəticələri barədə danışmaq imkanımız olacaq”, -bunu da Miroşnik bildirib.
...Xatırladaq ki, mayın 6-da “LPR”-nin rəhbəri Leonid Paseçnik Miroşnikin “LPR”-nin Rusiyadakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB