Almaniya tərəddüd edir..?

Berlin Rusiya qazının tədarükünü birdəfəlik dayandırmaqla özünə “böhran planı” hazırlayır.

SİA-nın əldə etdiyi məlumata görə, “Reuters” bunu öz qaynaqlarına istinadən xəbər verir.

Agentliyin məlumatına görə, planın hazırlanmasına Almaniyanın İqtisadiyyat Nazirliyi rəhbərlik edir. Bununla belə, ölkə Rusiyanın birtərəfli qaydada tədarükünü dayandıracağından ehtiyat edir. Plana enerji şirkətlərinə dəstək və kritik şirkətlərə nəzarət üçün hökumət kreditləri və zəmanətlər daxildir. “Reuters”in məlumatına görə, Almaniya da plan çərçivəsində şirkətlərdə pay ala bilər.

Rəsmilər etiraf edirlər ki, Berlin ölkənin özündə iqtisadi tənəzzülə səbəb olmadan tətbiq edə biləcəyi sanksiyalar həddinə yaxınlaşır.

Hətta anti-Rusiya məhdudlaşdırıcı tədbirlərin tərəfdarı olan hakim koalisiyada olanlar da Rusiyadan gələn qaza sanksiyalar tətbiq etmək fikrindən ehtiyatlanırlar.

Agentliyin həmsöhbətlərindən biri iddia edir ki, iri alman şirkətlərinin rəhbərləri, eləcə də “Rusiya ilə əlaqələri” olan firmaların nümayəndələri ölkə rəsmilərlə görüşərək onları qaza qadağa qoymamağa çağırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə