Ağ Evin sözçüsü Cen Psaki Rusiya prezidenti Vladimir Putinin NATO müttəfiqlərinin Ukraynadakı müharibədə iştirakına dair ittihamına münasibət bildirib. O, belə bəyanatların absurd olduğunu dilə gətirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, Putinin Moskvada keçirilən paraddakı bəyanatları “çox vaxt rus oyunu kimi qəbul edilən dezinformasiya şəklini almış tarixin revizionist versiyasıdır”.
“Prezident Putinin özünün rəhbərlik etdiyi bu müharibənin Qərbin təcavüzü və ya Qərbin planları ucbatından baş verməsi barədə dedikləri açıq-aşkar yalan və absurddur”. Bunları deyən Psaki, onu da xatırladıb ki, Ukraynaya tammiqyaslı müdaxilə əmrini məhz Rusiya prezidenti verib.
Ukraynanaın “UNİAN” saytı xatırladır: Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni başlarkən bunu NATO-nun “təcavüzünə qarşı xəbərdarlıq” kimi təqdim etmişdi.
Eyni zamanda, bir çox analitiklərin və hərbi ekspertlərin proqnozlarına baxmayaraq, Rusiya Federasiyasının prezidenti Ukraynaya müharibə və Rusiyada səfərbərlik elan etmədi.
Bu arada, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib ki, Putinin mayın 9-da Moskvada keçirilən hərbi paraddakı çıxışı onun Ukraynada qələbəsini elan etmək üçün heç bir əsasın olmadığını göstərdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB