Bayden “Ukraynaya getmək istərdi”

Bayden “Ukraynaya getmək istərdi”

Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Cozef Baydenin Ukraynaya səfər etmək istəyini açıqlayıb.

SİA TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Bayden “Ukraynaya getmək istərdi”.

Bununla belə, o əlavə edib ki, hazırda belə bir səfər planlaşdırılmır.

Qeyd edək ki, aprelin 14-də Cozef Bayden şəxsən Kiyevə getməyə hazır olduğunu açıqlamışdı. Onun Ukraynaya səfər etmək istəyi də mayın əvvəlində bildirilmişdi.

Bir müddət bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Ukraynaya hərbi yardımın göstərilməsini sadələşdirən borc-icarə qanununu imzalayıb.

Konqresin saytının məlumatına görə, sənəd Ukrayna hökuməti və ya “Rusiya işğalına məruz qalmış” digər Şərqi Avropa ölkələri üçün nəzərdə tutulubsa, müdafiə ləvazimatları ilə təmin etmək üçün prezidentin səlahiyyətləri ilə bağlı bir sıra tələbləri aradan qaldırır.

İndi Konqres ABŞ administrasiyasının Ukraynaya 33 milyard dollar məbləğində yardım xahişinə baxır, bunun 20,4 milyardı Ukraynaya “əlavə hərbi və təhlükəsizlik yardımı”, 8,5 milyardı isə Kiyevə iqtisadi yardım kimi nəzərdə tutulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə