Moldova BMT vasitəsilə münaqişənin sülh yolu ilə həlli üçün Rusiya ordusunun Dnestryanı ərazisindən çıxarılmasını tələb edir.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu respublikanın baş naziri Natalya Qavrilitsa bildirib.
“Moldova BMT platformasından Rusiya ordusunun Moldovanın Dnestryanı ərazisindən çıxarılmasını xahiş etmək və tanınmamış rejimin nəzarətində olan regionda insan haqlarının pozulmasına diqqəti cəlb etmək üçün istifadə edir”. Bunu moldovalı baş nazir deyib.
Onun sözlərinə görə, Kişinyov bu yolla münaqişənin sülh yolu ilə həllini tapmaq istəyir.
Moldovanın baş naziri qeyd edib ki, BMT-nin qətnamələrində bu mövzuların olması Dnestryanı münaqişə problemini dünya ictimaiyyətinin gündəmində saxlayır.
Qeyd edək ki, bir müddət əvvəl Dnestryanı Moldova Respublikasının prezidenti Vadim Krasnoselski bildirmişdi ki, dünya respublikanı demokratik yolla, hərbi əməliyyatlar və vətəndaşların tələfatı olmadan tanımalıdır. O, müharibənin tanınmamış gücün statusunu dəyişdirmək üçün məqbul bir yol olduğu fikrini rədd etmişdi.
Krasnoselskinin fikrincə, Dnestryanı beynəlxalq aləmdə tanınmadan belə inkişaf edə və öz statusunu dinc yolla qoruya bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB