Putin: "Ukraynada nə lazımdırsa onu etdik"

Putin: "Ukraynada nə lazımdırsa onu etdik"

Rusiya prezidenti Vladimir Putin Ukraynanın nüvə silahı əldə etmək cəhdində olduğunu irəli sürərək 24 fevralda başladıqları müharibə üçün “Ukraynada etməli olduğumuzu etdik, müstəqillik üçün etdik" deyib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Vladimir Putin İkinci Dünya Müharibəsində Sovet İttifaqının faşist Almaniyasını məğlub etməsinin 77-ci ildönümü ilə əlaqədar Moskvada Qızıl Meydanda çıxış edib.

Qərbin Rusiyanı dinləmək istəmədiyini və başqa planlarının olduğunu qeyd edən Putin "İndi görürük ki, bütün dünya Ukraynaya ən müasir silahları gətirir” deyib.

NATO-nun hərbi əməliyyata başladığını və Rusiya torpaqlarını ələ keçirməyi hədəflədiyini bildirən Putin “Alyansın ölkə sərhədlərində təhlükə yaratdığını” vurğulayıb.

Rusiya lideri İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qələbə qazanmış nəsillə fəxr etdiklərini bildirib.

Nasizmi darmadağın edənlərin xatirəsini yaşatmaq bizim borcumuzdur”, - deyə o bildirib.

Məqsədlərinin ruslara qarşı aparılan müharibəni dayandırmaq olduğunu bildirən Putin "Bu gün Donbasda döyüşən əsgərlərimiz bilsinlər ki, gələcəyimizi qoruyurlar” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə