Avropa İttifaqının sanksiyalarına baxmayaraq, Rusiya nefti daşıyan tankerlər Avropa limanlarına “cövlan” edir...
SİA-nın əldə etdiyi məlumata görə, “Die Welt”in köşə yazarı Daniel Vetzel bəyan edib. Onun sözlərinə görə, bu işdə, yəni Rusiyanın məhdudiyyətlərdən yan keçməsində ən böyük yardımçısı Yunanıstandır.
“Dünyanın ən böyük tanker donanmasına sahib olan Yunanıstan Rusiyanın sanksiyalarından yan keçməyə kömək edir. Yerli gəmi sahibləri digər avropalılardan və amerikalılardan fərqli olaraq Rusiya ilə bizneslərini genişləndirirlər”, – bunu jurnalist bildirib.
Vetzelin sözlərinə görə, aprelin sonunda “Nissos Rhenia” supertankeri Rotterdam limanında Rusiya neftini götürərək Sinqapura yollanıb. Bundan əlavə, Hindistan, Çin və Cənubi Koreyaya neft daşınmalarının sayı xeyli artıb.
Maraqlıdır ki, köşə yazarı Yunanıstanın Rusiyadan neft tədarükünün qadağan edilməsinə qarşı olduğunu iddia edir. Bununla yanaşı o daha bir, özünün dediyi kimi etirafda bulunaraq, Rusiya Federasiyasına qarşı çoxsaylı sanksiyalara baxmayaraq, əslində onları az adamın həyata keçirdiyini bildirir.
Yeri gəlmişkən bir müddət bundan əvvəl məlum olmuşdu ki, bazar günü Avropa İttifaqının daimi nümayəndələri Rusiya Federasiyasına, xüsusən də Macarıstana görə sanksiyalara dair razılığa gələ bilməyiblər, müzakirələr yaxın günlərdə də davam edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB