"Rusiyanı bu müharibəni dayandırmağa çağırmağa davam edəcəyik”

"Rusiyanı bu müharibəni dayandırmağa çağırmağa davam edəcəyik”

“Rusiyanı bu müharibəni (Ukraynaya qarşı) dayandırmağa çağırmağa davam edəcəyik”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukraynaya səfəri çərçivəsində paytaxt Kiyevdə Ukraynanın səhiyyə naziri Viktor Liaşko ilə birgə mətbuat konfransında danışan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Qebreyesus müharibənin içində böyüdüyünə işarə edərək, "Mən müharibənin dağıdıcı təsirlərini şəxsən bilirəm. Ona görə də Rusiyanın Ukraynaya təcavüzü məni çox kədərləndirdi" deyə qeyd edib.

Ukrayna xalqının hücumlara qarşı göstərdiyi müqaviməti yüksək qiymətləndirdiyini vurğulayan Qebreyesus bildirib ki, itkiləri olan xalq hələ də təslim olmayıb. Hər şeyə rəğmən davam edir, müharibənin dağıtdığı səhiyyə binalarını təmir edirlər. Bu insanlar səhiyyə xidmətlərinə, insan həyatının qorunmasına üstünlük verirlər.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Ukraynada müharibə başlayandan bəri fevralın 24-dən bəri səhiyyə ocaqlarına 200 hücum edildiyi barədə məlumatı çatdırıb:

"Bu hücumlar dayandırılmalı, səhiyyə xidmətləri hədəf olmaqdan çıxmalıdır. Ukraynadakı komandamız müharibədən əvvəlkindən də güclü səhiyyə sistemi qurmaq üçün çox çalışır. Bu işlər davam edəcək".

Qebreyesus ÜST-nin müharibənin mənfi təsirlərini azaltmaq üçün tibbi yardımını davam etdirəcəyini də vurğulayıb:

"Ukraynanın ən çox ehtiyac duyduğu və ÜST-nin təəssüf ki, göndərə bilmədiyi yeganə dərman sülhdür. Biz Rusiyanı bu müharibəni dayandırmağa çağırmağa davam edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə