Məşhur xanım geyimi ilə diqqətləri üzərinə çəkib

Ötən həftə yeni mahnısını pərəstişkarlarına təqdim edən Hülya Avşar ötən axşam Maslakdakı bir məkanda sevənləri ilə görüşüb.

SİA xarici mətbuata istinadən xəbər veir ki, yeni mahnısını canlı oxuyan Avşar dekolteli libası ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Gündəmdəki açıqlamaları ilə tez-tez jurnalın gündəminə düşən uğurlu müğənni Hülya Avşar indi yeni mahnısının həyəcanını yaşayır.

İllərdir mütəmadi olaraq idmanla məşğul olan 58 yaşlı Hülya Avşar təkcə səhnədəki performansı ilə deyil, üstünlük verdiyi geyimlərlə də danışılmağa davam edir.
Fiziki quruluşu ilə gənc qızların başına daş döndərən məşhur ad dünən axşam verdiyi konsertdə qara krujeva detallı transparan libasa üstünlük verib.
Avşarın iddialı sinə dekoltesi ilə yanaşı, qasıq nahiyəsinə qədər uzanan yarığı da görənləri heyran edib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə