Suriya prezidenti son üç ildə ilk dəfə İrana səfər edib

Suriya prezidenti son üç ildə ilk dəfə İrana səfər edib

Suriya prezidenti Bəşər Əsəd son üç ildə ilk dəfə İrana səfər edib. SİA Suriya Xəbər Agentliyinin Twitter-də verdiyi məlumata istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd üç ildən artıq müddətdə ilk dəfə İrana səfər edib.

Agentliyin məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd Tehrana işgüzar səfər edib, səfər zamanı Ayətullah Əli Xamenei (İranın Ali Rəhbəri - red.) və prezident İbrahim Rəisi ilə görüşüb. Tərəflər "ikitərəfli əməkdaşlıq və bir sıra əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Öz növbəsində Xamneyi Əsədlə görüşdə iki ölkə arasında münasibətləri gücləndirmək üçün əvvəlkindən daha fəal səylər göstərilməli olduğunu deyib. Bu da dünyada Suriyaya daha hörmətli münasibətin göstəricisidir.

2011-ci ildə ölkədə başlayan münaqişədən sonra Əsədin Tehrana ilk səfəri 2019-cu ilin fevralında baş tutmuşdu. Suriyada Suriya prezidentini devirmək istəyən qüvvələrə qarşı vətəndaş qarşıdurması zamanı İran Əsədə və onun arxasında duran qüvvələrə tam dəstək verib.

Mart ayında Əsəd Suriyada qarşıdurma başlayandan bəri ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Bu ölkə Fars körfəzindəki digər ərəb ölkələri ilə birlikdə etiraz əlaməti olaraq Suriyadakı diplomatik nümayəndəliklərini bağlayıb. Lakin sonra ərəb ölkələri Suriyanın onların təsir zonasına qayıtmalı və İrandan uzaqlaşmalı olduğuna inanaraq Dəməşqlə əlaqələri bərpa edib. Bəs, İrana indiki səfər ərəb ölkələrinin Əsədə münasibətində korrektələrə səbəb olacaqmı?

Bütün xəbərlər Facebook səhifəmizdə