Sərxoş sürücü 6 nəfərin ölümünə səbəb olub

Sərxoş sürücü 6 nəfərin ölümünə səbəb olub

Meksikada sərxoş sürücünün idarə etdiyi mikroavtobusun taksi ilə toqquşması nəticəsində baş verən qəzada 6 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Meksikanın Quanaxuato əyalətində spirtli içki qəbul edən sürücü idarə etdiyi mikroavtobusda həddindən artıq sürətlə hərəkətdə olarkən taksi ilə üzbəüz toqquşub.

Toqquşma nəticəsində taksi metrlərlə sürüklənib, mikroavtobus isə aşıb. Qəzada taksi sürücüsü və 5 sərnişin ölüb, sərxoş sürücü və bir qadın yüngül xəsarət alıb. Qəzadan sonra hadisə yerinə çoxlu həkim briqadaları göndərilib. Mikroavtobus sürücüsü sərxoş halda avtomobil idarə edərək 6 nəfərin ölümünə səbəb olduğu üçün həbs edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə