Rusiyanın paytaxtı Moskvada Qələbə bayramı mərasimlərində kürsüyə çıxacaq Putinin çıxışını dünya gözləyir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Putinin Ukraynaya açıq şəkildə müharibə elan etmə ehtimalı var. İngiltərə isə bu gün səhər saatlarında Moskvaya gedərək Ukraynada rus işğalçılarının məğlub ediləcəyini bildirdi.
G-7 ölkələrinin yeni sanksiyalarının hədəfi olan Rusiya lideri Vladimir Putinin bu gün tarixi bir çıxış edəcəyi gözlənilir. İkinci Dünya Müharibəsində faşist Almaniyasının məğlubiyyətini Qələbə Günü adı ilə qeyd edən Rusiyada Ukraynanı işğal edən Vladimir Putin Qızıl Meydanda kürsüyə çıxacaq.
Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, Putin rejimi nasizmin güzgü görüntüsüdür. Uollesin fikrincə, Putin və onun ətrafındakılar İkinci Dünya Müharibəsində nasistlərlə eyni aqibəti yaşayacaqlar. Britaniyalı nazir bəyan edib ki, Putin Ukrayna işğalının sonunda məğlub olacaq və Nürnberq məhkəmələri ilə üzləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB