Ukraynanın Luqansk vilayətində 90-a yaxın mülki şəxsin sığındığı məktəbə hücum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, binadan 30 nəfər sağ-salamat təxliyyə edilib. 60 nəfərin isə həyatını itirdiyi ehtimal edilir.
Rusiya silahlı qüvvələri məktəbə hücum etdikdən sonra binada yanğın baş verib. Təxminən 4 saat ərzində yanğın söndürüldükdən sonra dağıntıların çıxarılması işlərinə başladıqları və iki nəfərin cəsədinin tapıldığı bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB