Boliviyada avtobus yarğana aşıb...

Boliviyada avtobus yarğana aşıb...

Boliviyanın şərqində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 8-də “Boliviana de Información” agentliyi xəbər yayıb.

Oruro departamentinin yol şöbəsinin rəhbəri Rikardo Zapata agentliyə bildirib ki, qəza eyniadlı departamentin paytaxtı Oruro şəhərindən 20 km aralıda yerləşən Paria kəndində baş verib. İlkin məlumata görə, sərnişin avtobusunun sürücüsü kəskin döngədə idarəetməni itirib, nəticədə avtobus aşıb.

Qəzada 5 nəfər hadisə yerində dünyasını dəyişib, ölənlərdən 4-nün şəxsiyyəti müəyyən edilib, bir qadının şəxsiyyəti məlum deyil. Daha 15 yaralı Oruro şəhərindəki klinikalara aparılıb.

Hazırda ölümlə nəticələnən qəzanın səbəbləri və şəraiti müəyyənləşdirilir.

Bu arada rus saytları bənzər hadisənin Rusiyanın Kaluqa şəhəri yaxınlığında baş verdiyini bildiriblər. Bu qəzada bir nəfərin öldüyünü, beş nəfərin yaralandığını bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə