Haitidə Türkiyə vətəndaşları oğurlanıb

Haitidə Türkiyə vətəndaşları oğurlanıb

Haitidə səkkiz Türkiyə vətəndaşı naməlum istiqamətə qaçırılıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Haiti24” xəbər verib.

Dominikan Respublikası - Haiti marşrutu üzrə avtobusda hərəkət edən 8 Türkiyə vətəndaşı mayın 8-də günorta saatlarında Krua-de-Buket ərazisində 8 nömrəli magistral yolunda qaçırılıb.

Qeyd edək ki, verilən məlumatda belə deyilir. Onu da qeyd edək ki, qaçırılanlar arasında qadınlar da var.

Keçən həftə Haitinin paytaxtında Dominikan səfirliyinin müşaviri Karlos Quillen Tatisin də həmin ərazidə oğurlanaraq azadlığa buraxılması barədə məlumat yayılmışdı.

Yeri gəlmişkən bildirək ki, Haiti Amerika qitəsində Qəraib dənizində yerləşən ada dövlətidir. Bu gün bu ölkə Qərb yarımkürəsinin ən kasıb ölkələrindən biridir və idarəetməsindəki anarxiya vəziyyəti hələ də davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə