Konqoda qızıl mədəninə hücum edilib

Konqoda qızıl mədəninə hücum edilib

Konqo Demokratik Respublikasının şimal-şərqindəki İturi əyalətində qızıl mədəninə hücum nəticəsində azı 35 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə “France-Presse” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Qeyd olunur ki, Konqonun İnkişafı Naminə Birlik (CODECO) üsyançılarının şübhəli bilindiyi hücum bazar günü mədəndə həyata keçirilib.

“CODECO Camp Blanquette qızıl mədənində qətllər törədib. 29 cəsəd Pluton şəhərinə çatdırılıb. Yanmış altı cəsəd yerində basdırılıb”. Bunu Juqu əyalətindəki Mungvalu kənd dairəsinin rəhbəri Jan-Pierre Bikilisinde “France-Presse”ə bildirib.

Qeyd edək ki, CODECO, əsasən Lendu xalqından ibarət silahlı milisdir. Üsyançılar İturi əyalətində fəaliyyət göstərirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə