Zelenski Kiyevin əsas məqsədini açıqlayıb...

Özəl şirkətlər Rusiya hakimiyyətinə silahlı qüvvələrin maliyyələşdirilməsi üçün istifadə olunacaq vəsaitləri verməməlidirlər.
Zelenski Kiyevin əsas məqsədini açıqlayıb...

Kiyevin məqsədi Rusiya silahlı qüvvələrinin Ukraynanın özününkü hesab etdiyi ərazilərdən tamamilə çıxarılmasına nail olmaqdır.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski G7 ölkələrinin liderləri ilə keçirilən videokonfrans zamanı deyib.

Onun dediyinə görə, bu gün Ukraynanın əsas məqsədi Rusiya hərbi qüvvə və texnikasının Ukraynanın hər yerindən tam çıxarılmasına və gələcəkdə özünü müdafiə etmək qabiliyyətinə zəmanət verməkdən ibarətdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” xəbər yayıb.

Ukrayna xalqına göstərdikləri dəstəyə görə G7 üzvlərinə təşəkkür edən Zelenski Kiyevin müdafiə imkanları sahəsində lazımi dəstəyi göstərmək üçün beynəlxalq tərəfdaşlarına arxalandığını bir daha bəyan edib. O bildirib ki, Ukrayna iqtisadiyyatının tez və effektiv bərpasında, Ukraynanın iqtisadi və enerji təhlükəsizliyinin təmin edilməsində onların köməyinə ümid edir.

Qeyd edək ki, Rusiya xüsusi əməliyyatı başlayandan bəri G7 ölkələri Ukraynaya 2022-ci il və sonrakı illər üçün həm maliyyə, həm də maddi olaraq 24 milyard dollardan artıq yardım ayırıb və vəd edilib. Qarşıdakı həftələrdə Ukraynaya maliyyə boşluqlarını aradan qaldırmağa və insanlara əsas xidmətlər göstərməyə kömək etməli olan kollektiv qısamüddətli maliyyə dəstəyini artırmaq, eləcə də uzunmüddətli bərpa və yenidənqurmaya dəstək planlaşdırılır.

Xatırladaq ki, G7 ölkələrinin liderləri Rusiyanın Ukraynada qələbəsinin qarşısını almaq niyyətlərini də bəyan ediblər. G7-nin bəyanatında həmçinin qeyd edilir ki, özəl şirkətlər Rusiya hakimiyyətinə silahlı qüvvələrin maliyyələşdirilməsi üçün istifadə olunacaq vəsaitləri verməməlidirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə