BMT baş katibinin köməkçisi Amin Avad rus qoşunlarının Beloqorovkadakı məktəbə zərbə endirməsini həmin müharibənin vəhşiliyinin bariz xatırlatması adlandırıb.
Qeyd edək ki, məktəbə endirilən aviazərbələr zamanı binada 100-ə yaxın adam gizlənibmiş.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN məlumat yayıb.
“…Müharibələr zamanı mülki əhali və mülki infrastruktura aman verilməlidir. Beynəlxalq humanitar hüquq çərçivəsində bu öhdəliklər müzakirə edilə bilməz", - bunu BMT-nin Ukrayna üzrə Böhran Koordinatoru bildirib.
Eyni zamanda o bildirib ki, müharibə nə qədər tez sülh yolu ilə başa çatsa, Ukraynada və bütün dünyada insanlar üçün bir o qədər yaxşıdır.
Öz növbəsində UNICEF-in icraçı direktoru Ketrin Rassel məktəbə hücumu pisləyib.
“…Biz hələlik bombardmanda neçə uşağın öldüyünü və ya yaraladığını bilmirik, lakin qorxuruq ki, bu hücum yalnız bu müharibədə ölmüş yüzlərlə uşağa əlavə olunacaq".
Bunu isə Ketrin Rassel bildirib.
Yeri gəlmişkən xatırladaq ki, mayın 7-də ruslar Beloqorovka kəndində zirzəmisində 100-ə yaxın insanın gizləndiyi məktəbə havadan zərbələr endiriblər.
Bu arada Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday daha əvvəl məktəbə endirilən aviazərbələr zamanı 60 nəfərin öldüyünü bildirmişdi. Dağıntılar altından xilas edilən 30 nəfərin 7-si isə ağır yaralanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB