Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyindən yayılan xəbərə görə...
Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz tibbi müayinələrdən keçmək üçün xəstəxanaya yerləşdirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyindən yayılan xəbərə görə, 86 yaşlı Kral Salman Ciddədəki Kral Faysal Mütəxəssis Xəstəxanasına aparılıb. Onun bir sıra tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdirildiyindən yazılan xəbərdə başqa detallara yer verilməyib.
Qeyd edək ki, Kral Salman tibbi müayinələrdən keçmək üçün 20 iyul 2020-ci ildə də xəstəxanaya düşmüş və 3 gün sonra öd kisəsindən uğurlu əməliyyatla çıxmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB