Tehranda məktəblər tətil elan edib

Tehranda məktəblər tətil elan edib

İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İranın paytaxtı Tehranda havanın çirklənməsi növbəti dəfə həyəcan səviyyəsinə yüksəlib.

Tehran merinin müavini Abid Mələki verdiyi açıqlamada bildirib ki, qeyri-sağlam hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə fövqəladə hallar komitəsi yaradılıb. Bu gün uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblər bağlanıb. Yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə