İrlandiya Ordusunun siyasi qanadı hesab edilən millətçi Sinn Fein parlamentdə 90 yerdən 27-i yer qazanıb. Müxalifətdən olan Demokratik Birlik Partiyası (DBP) isə 24 mandatda qalıb.
SİA APA-ya istinadən xəbər verir ki, bu nəticə ilə bölgənin 100 illik tarixində ilk dəfə İrlandiya millətçi partiyası seçkilərdə birinci yeri tutaraq Baş nazir təyin etmək şansı qazanıb.
Bununla belə, Şimali İrlandiyaya məxsus güc bölgüsü sazişinə əsasən, birinci və ikinci tərəflər bölgəni birgə idarə etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB