“Putinin “qələbəsi” dünyanın məhvi və məğlubiyyətidir”

“Putinin “qələbəsi” dünyanın məhvi və məğlubiyyətidir”

Rusiya prezidenti Vladimir Putin mayın 9-da keçiriləcək paradda Ukraynaya qarşı ümummilli səfərbərlik və müharibə elan edə bilər. SİA bu barədə rus saytlarına istinad edir.

Böyük itkilərə və bütün ilkin planların iflasa uğramasına baxmayaraq, Rusiya işğalçılarının Ukrayna ilə bağlı ambisiyaları dəyişmir. Ukrayna prezidenti Vladimir Zelenski “Fox News” telekanalına müsahibəsində bildirib ki, düşmən dövlətimizi və xalqımızı məhv etmək istəyir, bunu bütün dünyaya açıq şəkildə bəyan edir.

"Bu, bizim üçün heç nəyi dəyişmir. Bizim üçün artıq səkkiz ildir ki, müharibə gedir, 70 gündən çoxdur ki, irimiqyaslı müharibə gedir. Ruslar Ukrayna şəhərlərini viran qoyur, onları Hollivudun qorxu filmlərində də göstərmək olar”, - deyə dövlət başçısı bildirib.

O əlavə edib ki, rusların “qələbəsi” bütün sivil dünyanın məhvi və məğlubiyyətidir.

Qeyd edək ki, bir müddət bundan əvvəl prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç rus işğalçıları Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə daxil olmaq üçün onların rəhbərliyindən dəqiq göstəriş aldıqlarını bildirib. İşğalçılar bu tapşırığı mayın 9-na kimi başa çatdırmalıdırlar. Lakin o, rusların bunu bacaracağına şübhə edir. Arestoviç deyib ki, Luqansk vilayətində Popasnaya uğrunda döyüşlər davam edir.

Rusiyalı təbliğatçıların şəhərin işğalçıların nəzarətinə keçməsi ilə bağlı yaydıqları xəbər reallığa uyğun deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə