Hindistan və Çin şərablarının Rusiyaya çatdırılmasına başlamaq planlaşdırılır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” yazır.
“Ladoga” şirkətindən bildirilib ki, şərab alışının coğrafiyası genişlənir, MDB və qonşu ölkələrin şirkətləri ilə yeni müqavilələr imzalanıb.
Qeyd edək ki, “Ladoga” şirkəti alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan ən böyük Rusiya şirkətidir.
Hazırda şirkət şərab tədarükçüləri fəal şəkildə yeni tərəfdaşlar, amma bu dəfə dost ölkələrdə - Çin, Türkiyə, Hindistan, Braziliyada axtarırlar.
“Luding Group” Çin və Türkiyənin şərab istehsalçıları ilə danışıqlar aparır, həmçinin rus şərablarının çeşiddə payını artırmağı planlaşdırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB