Rusiya qazına alıcı axtarır..?

Ekspert Rusiyanın Avropadan gələn qaz həcmlərini hara yönləndirə biləcəyini deyir
Rusiya qazına alıcı axtarır..?

Avropaya daxil olan Rusiya qazı tamamilə Asiya-Sakit okean regionuna yönləndirilə bilər.

SİA “RİA Novosti”yə istinadən bildirir ki, bunu “Vygon Consulting” şirkətinin məsləhətçisi İvan Timonin deyir.

Onun sözlərinə görə, ixrac infrastrukturunu inkişaf etdirmək lazımdır.

“Potensial olaraq, hazırda Avropaya gedən Rusiya ixracatının həcmi tam olaraq Asiya-Sakit Okean regionuna yönəldilə bilər, lakin bu, ixrac infrastrukturunun aktiv inkişafını - yeni qaz kəmərlərinin və LNG zavodlarının tikintisini tələb edəcək, bu da təbii ki, vaxt aparacaq”.

Timonin belə deyir.

Rusiyadan Asiyaya qaz tədarükünün istiqamətinin dəyişdirilməsi təkcə Avropa İttifaqı ölkələrinin Rusiyadan yanacaqdan imtina etmək istəyi ilə deyil, həm də bazar amilləri ilə bağlıdır.

2025-ci ilə qədər üfüqdə təbii qaza qlobal tələbat artımının yarısından çoxu Asiya ölkələrindən, ilk növbədə Çin və Hindistandan gələcək. Ümumilikdə üç il ərzində Asiya-Sakit okean regionunda qaz istehlakı hazırkı səviyyə ilə müqayisədə təxminən 160 milyard kubmetr artacaq.

“Məsələn, “Sibir Gücü”nün çəkilməsi üzrə aktiv iş beş il çəkdi; böyük tutumlu qaz mayeləşdirmə qurğuları da oxşar tikinti dövrləri ilə xarakterizə olunur. "Beləliklə, Rusiya ixracının həcmini saxlamaq üçün bu gün yeni layihələrin hazırlanması və investisiya qərarlarının qəbulu ilə məşğul olmaq lazımdır".

Bunu da Timonin belə deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə