Krasnoyarsk diyarında baş verən irimiqyaslı yanğınların qurbanlarının sayı 6 yanğınsöndürən də daxil olmaqla 19 nəfərə çatıb.
SİA xəbər verir ki, bu barədə TASS regional hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"19 nəfər xəsarət alıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib, o cümlədən altı yanğınsöndürən", - mətbuat xidməti təsdiqləyib.
Hakimiyyət orqanlarının məlumatına görə, hazırda bölgədə 18 bələdiyyədə 273 yanğın davam edir.
Daha əvvəl 17 zərərçəkən barədə məlumat verilib, onlardan 11-i xəstəxanaya yerləşdirilib. Mayın 7-də Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss meşə yanğınları ilə əlaqədar bütün regionda fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib. Yanğının sürətlə yayılmasına səbəb rayonun bəzi yerlərində saniyədə 40 metrə çatan tufan küləyi olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB