Ukrayna qıtlığın qarşısını almaq üçün qarabaşaq, düyü və yulaf ixracına məhdudiyyətlər qoyub.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukraynanın aqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotski bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər hərbi vəziyyət dövründə qüvvədə olacaq.
Martın əvvəlində Ukrayna hökuməti ixracı lisenziyalaşdırılmalı olan malların siyahısını genişləndirərək, buğda, qarğıdalı, ət və ev toyuqlarının yumurtası, günəbaxan yağı əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB