ABŞ Tayvanı silahlar almağa məcbur edir

Çinlə qarşıdurma üçün ?
ABŞ Tayvanı silahlar almağa məcbur edir

Vaşinqton Tayvan hakimiyyətinə təzyiq edir ki, yalnız Çindən gələn hipotetik təcavüzü dəf etməyə kömək edəcək Amerika silahlarını alsın. SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd olunub ki, Ukraynadakı münaqişə Vaşinqton və Taypeyi inandırıb ki, yaxın illərdə Çinin Tayvana mümkün müdaxiləsi potensial təhlükə kimi qiymətləndirilməlidir. Bu baxımdan ABŞ adanın müdafiə qabiliyyətini uyğun silahlarla təchiz edilmiş və asimmetrik müharibə aparmağa yönəlmiş kiçik ordunun daha böyük düşmənə tab gətirə biləcəyini əsas götürərək dəyərləndirir.

Taypeydə bəziləri fərqli fikirdədirlər. Bunun fonunda ABŞ artıq Tayvanı müəyyən növ silahlarla təmin etməkdən imtina edib ki, bu da Amerika tərəfinin fikrincə, mümkün Çin təcavüzünü dəf etmək üçün uyğun olmayacaq. Qəzetin yazdığına görə, Cozef Bayden administrasiyasının rəsmiləri tayvanlı həmkarlarına ABŞ-ın bu cür istəkləri rədd etməyə davam edəcəyi barədə xəbərdarlıq edib, həmçinin Amerika silah istehsalçılarına bəzi silah növlərini Taypeyə satmaq üçün Vaşinqtondan icazə istəməmələri barədə xəbərdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com