Fransada Makronun andiçmə mərasimi keçirilir

Fransada Makronun andiçmə mərasimi keçirilir

Parisdə Fransa prezidenti Emmanuel Makronun ikinci dövrü üçün andiçmə mərasimi keçirilir.

SİA-nın məlumatına görə, mərasim Yelisey sarayında başlayıb.

Mərasimdə 450-yə yaxın yerli və xarici qonaq iştirak edir.

Qeyd edək ki, E.Makron aprelin 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda 58,5 faiz səs yığaraq Marin le Peni qabaqlamışdı.

O, 2027-ci ilədək Fransaya rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə