Bu şəhərcik təbiətsevərlər tərəfindən kəşf olunmağı gözləyir

Bu şəhərcik təbiətsevərlər tərəfindən kəşf olunmağı gözləyir

Bitlisin Güroymak mahalının Gölbaşı qəsəbəsindəki Mendereslər adlı məkan təbiətin canlanması, yazın gəlişi ilə gözəlləşir, fərqli mənzərələr təqdim edir. Təbiət möcüzəsi olan və illərdir toxunulmaz təbiiliyini qoruyub saxlayan bu məkan təbiətsevərlər tərəfindən kəşf olunmağını gözləyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bitlisin kəşf edilməsini gözləyən nadir qəsəbələrindən biri olan Gölbaşında uzun qış mövsümündən sonra təbiət yavaş-yavaş canlanmağa başlayıb. Təbii gözəlliyi ilə heyran edən şəhərcik həm də təbii məkanları ilə vizual ziyafət təqdim edir. Mazığ dağının ətəyində yerləşən və kilometrlərlə uzanan dolambaclı yollar havadan çox maraqlı görünür.

El arasında Mazığ gölü adlanan sututardan süzülən suların əmələ gətirdiyi Mendereslər səyahəti yaşıl tarlalar arasından qəsəbənin altında yerləşən və bir çox vəhşi heyvana ev sahibliyi edən qamışlıqlara qədər davam edir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə