Bu barədə Finlandiyanın Baş naziri Sanna Marin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.
"Bununla bağlı qərar bu ay veriləcək. NATO-ya üzvlüklə bağlı qərar çox yaxın vaxtlarda veriləcək", - baş nazir bildirib. Müsahibə Finlandiya baş nazirinin gələn həftə Yaponiyaya səfəri ilə eyni vaxta təsadüf edir.
Finlandiya və İsveç Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq imkanlarından danışmağa başlayıblar. Alyansın rəhbəri Yens Stoltenberq qeyd edib ki, NATO Finlandiya və İsveçi öz sıralarında görməkdən şad olacaq və onlara tez bir zamanda qoşulmaq imkanı verəcək. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Julianne Smith bildirib ki, NATO bu ölkələrin yaxın “aylar və həftələr” ərzində mümkün üzvlüklə bağlı öz qərarlarını verməsini gözləyir. O əlavə edib ki, ABŞ bu ölkələrin alyansa qoşulmasını alqışlayacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB