Rusiyaya məxsus canlı qüvvə və texnika məhv edilib

Rusiyaya məxsus canlı qüvvə və texnika məhv edilib

Ukrayna hərbçiləri son sutkada Rusiya ordusuna məxsus 14 PUA-nı məhv edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna HHQ komandanlığı “Facebook”da bildirib.

Bildirilib ki, müharibənin 72-ci günündə HHM qüvvələri Rusiyanın 14 ədəb “Orlan” tipli PUA-sını məhv edib.

Bu arada, Ölkənin cənubda Ukrayna Silahlı Qüvvələri gün ərzində rusların 21 əsgərini və 7 texnikasını məhv edilib. Bu barədə “Cənub” Əməliyyat Komandanlığı Facebook sosial şəbəkəsində məlumat yayıb.

“Hazırda döyüşlərin getdiyi Xerson və Nikolayev əyalətlərində düşmənin gün ərzində ümumi itkiləri 21 canlı qüvvə və 7 texnika, o cümlədən “Orlan”dan əlavə, 4 özüyeriyən haubitsa, “Qrad” reaktiv yaylım atəş sistemi və döyüş üçün hazırlanmış TOR zenit-raket kompleksi olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə