Kolumbiyanın ən nüfuzlu narkobaronlarından “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib. SİA Türkiyə mediasına (TRT) istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti İvan Duke rəsmi məlumat verib.
“Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib. Bu cinayətkar yalnız Pablo Eskobarla müqayisə edilə bilər” – deyə dövlət başçısı İvan Duke Tvitterdə yazıb.
Qeyd edək ki, 50 yaşlı narkobaron ötən oktyabrda hərbi əməliyyat zamanı saxlanıb. 2009-cu ildə Nyu-York məhkəməsi onun yerini bildirənə 5 milyon dollar vəd etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB