Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir.
SİA-nın əldə etdiyi məlumata görə, dövlət başçısı həmçinin qeyd edib ki, “Azovstal”da insanların məhv edilməsi Rusiya ilə istənilən danışıqları qeyri-mümkün edəcək.
“Normal danışmağa başlamağımız üçün genişmiqyaslı işğaldan əvvəl – fevralın 24-dək olan vəziyyəti bərpa etməliyik. Onlar həmin müvəqqəti təmas xəttlərinə və ya bölücü xətlərə çəkilməli və oradakı qoşunları çıxarmalıdırlar”, – Zelenski deyib.
Zelenski qeyd edib ki, Rusiya (danışıqlar üçün-red) “bütün körpüləri” dağıtsa da, “bütün körpülərin dağıdılmadığını” hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB