Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

ABŞ administrasiyasının Kiyevə hərbi yardım göndərmək üçün maliyyə vəsaiti demək olar ki, tükənib?
Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

ABŞ prezidenti Cozef Bayden Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, bura artilleriya sursatları, radiolokasiya stansiyaları və digər avadanlıqlar daxil olacaq. Bayden son açıqlamadan sonra ABŞ administrasiyasının Ukraynaya təhlükəsizlik yardımı göndərmək üçün istifadə edə biləcəyi vəsaitin demək olar ki, tükəndiyindən də danışıb. (...ruslar bunu, az qala, and içərək deyirlər) O, Konqresi Ukraynanın mövqelərini gücləndirmək üçün Ağ Evin tələb etdiyi maliyyəni təmin etməyə çağırıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Bayden 9 May Qələbə Günündə Ukraynaya Lend-Lease çərçivəsində hərbi yardımın verilməsinə dair qanun layihəsini imzalayacağını bildirmişdi. Ukraynaya sürətləndirilmiş hərbi yardım haqqında qanun layihəsi “Ukraynada demokratiyanı qorumaq üçün borc-icarəyə götürmək haqqında” qanun adlanır.

Xatırladaq ki, qanun layihəsi aprelin 29-da Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə