Deyəsən, bunlar elə məqam gəzirmişlər..?

...ax sizi “müxənnətlər”...amma belə görünür ki, bunun davamı hələ gələcək...
Deyəsən, bunlar elə məqam gəzirmişlər..?

...Bu günlərdə Praqa meriyası Sovet İttifaqı marşalı İvan Konevi Çexiya paytaxtının fəxri sakini statusundan məhrum edəcək. Belə ki, ölkənin “Mlada fronta Dnes” qəzetinin xəbərinə görə müvafiq təklifi artıq şəhərin meri Zdenek Qrjib hazırlayıb.

SİA bu barədə “TASS”a istinad edir.

Nəşrin məlumatına görə, bazar ertəsi, mayın 9-da Qrjib Konevin fəxri vətəndaş statusundan məhrum edilməsi təklifini magistratura üzvlərinə təqdim edəcək. Bundan sonra təşəbbüs bələdiyyə hakimiyyətinin ali orqanı - Praqa şəhər şurası tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, 1944-cü ildə marşal Konev Çexoslovakiyanı faşizmdən azad edən Qırmızı Ordunun Birinci Ukrayna Cəbhəsinə komandanı olub. Belə ki, həmən ərəfədə hələ ayrılmamış Çexiya ilə Slovakiya azad edilmələrinə minnətdarlıq əlaməti olaraq Konevi Praqanın fəxri vətəndaşı seçmişdilər.

Yenə də həmən ərəfədə Çexoslovakiyanın azad edilməsinin 20-ci ildönümü şərəfinə Praqada keçirilən növbəti tədbirlərin birində yerli sakinlər şəhərin simvolik açarlarını İvan Konevə təqdim etmişdilər. (… qeyd edim ki, İvan Konev 1973-cü idə ölüb)

Bundan sonra, yəni 1980-ci ildə Praqada Briqadalararası Meydanda Sovet marşalının abidəsi ucaldıldı, 2020-ci ildə abidə sökülərək depozitariyə verildi.

Maraqlıdır ki, hazırda marşal Konevin heykəlinin götürülməsi bir yana, hələ bir onun adını daşıyan küçənin də adının dəyişdirilməsini müzakirə edəcəklər.(…ax sizi “müxənnətlər”)

Belə görünür ki, bunlar ruslardan necə “yanılıqlıymış”lar ki, elə bil bu məqamı gözləyirmişlər. Təbii ki, Avropanın “idarəçilik” mərkəzi olan Brüssel qabağa düşüb şəhərdəki Rusiya ilə bağlı küçə və prospektlərin adlarını dəyişirsə,.. deməli bunun davamı hələ gələcək…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə