Avropa İttifaqının son on həftədə Ukraynaya etdiyi yardım

Avropa İttifaqının son on həftədə Ukraynaya etdiyi yardım

Avropa İttifaqı son on həftə ərzində Ukraynaya dəstək üçün 4 milyard avroluq yardım təqdim edib.

SİA xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinin təşkil etdiyi vahid Avropanın gələcəyinə həsr olunan konqresdə çıxışı zamanı deyib.

Ukraynada çox şeyin risk altında olduğunu qeyd edən siyasətçi bunun Avropa İttifaqının iqtisadiyyatı üçün stress testindən daha çətin olduğunu bildirib.

Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ, İngiltərə və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Həmçinin Ukraynaya hərbi və humanitar yardım davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə