Aprel ayında 94 terrorçu zərərsizləşdirilib

İsmail Çataklı aprel ayında 94 terrorçunun zərərsizləşdirildiyini və onlardan 1-nin narıncı siyahıda axtarılan yüksək səviyyəli terrorçu olduğunu bildirib.
Aprel ayında 94 terrorçu zərərsizləşdirilib

Daxili işlər nazirinin müavini və Nazirliyin sözçüsü İsmail Çataklı aprel ayında 94 terrorçunun zərərsizləşdirildiyini və onlardan 1-nin narıncı siyahıda axtarılan yüksək səviyyəli terrorçu olduğunu bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Çataklı paytaxt Ankarada keçirdiyi mətbuat konfransında deyib:

"2022-ci ilin aprel ayında bölücü terror təşkilatı PKK-ya qarşı kənd yerlərində 14-ü böyük, 45-i orta olmaqla 9 min 439 kənd əməliyyatı və bütün terror təşkilatlarının şəhərlərdə fəaliyyət göstərən qruplaşmaları və ona dəstək olanlara qarşı min 324 əməliyyat həyata keçirilib. .

Bu əməliyyatlarda aralarında narıncı kateqoriyada axtarılan Hakkari şəhərinin dırnaqarası başçısı Reber kod ləqəbli Semih Sayılğan adlı terrorçunun da olduğu cəmi 94 terrorçu zərərsizləşdirilib.

Zərərsizləşdirilən terrorçulardan 63-nün PKK/KCK, 31-nin isə DEAŞ üzvü olduğu bildirilib.

Aprel ayında həyata keçirilən terror əməliyyatları nəticəsində 138 bunker, sığınacaq və mağara yararsız hala salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə