...Ötən gün mən, hazırda İrəvan küçələrində “it yiyəsini tanımır” deyəndə...buna bir xeyli “tərəddüd edənlər” də oldu. İnanın ki, bu dəfə də yalan demirəm və dediyimin üstündə də elə-belə sivişib keçmək istəmirəm: “...bu dəqiqə İrəvanda nə it yiyəsini, nə də yiyəsi itini tanımır”.
Sübut istəyirsiniz, buyurun, bu da Sizə sübut...
...Deməli, deyilənlərə görə, bu gün İrəvanın paytaxtında “asayişi bərpa edən”, erməni polisi bu arada əli cibində mitinqçiləri seyr edə-edə “başmaq seyrinə çıxmış” (deyilənə görə, özünün etirafıdır) keçmiş polis rəisi Valeriy Osipyanı da başqa mitinqçilərlə birgə qolunu buraraq, maşına basıb aparıblar.
Qeyd edim ki, Osipyan ermənilərin özləri demiş “dünyaya toz kimi səpələnmış” yazıq, talesiz bir xalqın nümayəndələrindən biri olsa da, amma İrəvanda az-çox tanınanlardan biridir. Zarafat deyil, Türkmənistanın paytaxtı Aşqabadda doğulasan, məxməri inqilab sorağı ilə Ermənistana gəlib polis rəisi vəzifəsinə təyinat alasan, deyim ki, hər erməniyə nəsib olmayan şeydir.
Amma neyləsin ki, o, bu vəzifədə cəmi bir il beş ay işləyib. Belə ki, 2019-cu il sentyabrın 18-də Osipyanı tutduğu vəzifədən azad ediblər.
Xatırladaq ki, bu gün Ermənistanda sabiqlərdən biri kimi, polis general-mayoru rütbəsini daşıyan Osipyan 2018-ci ildə Nikol Paşinyanın tərəfdarlarının etirazları zamanı özünü müxalifətlə danışıqlar aparan əsas şəxslərdən biri kimi göstərmişdi.
Amma neyləyəsən ki, bəzən taleyin üzü dönük olur...elə bu günki kimi...
Beləliklə, vaxtiə rəhbəri olduğu polis idarəsinə indi asayiş pozuçusu kimi gətirilən Osipyanın sonrakı aqibətlə bağlı bir söz deyilməsə də, amma belə görünür ki, “hər şey xoşluqla” sonunclanıb.
Hə, indi gördünüz, inandımız ki, İrəvanda it yiyəsini tanımır. Amma gəlin etiraf edək ki, bizim o köhnə kişilər düz deyib də... “vurulan it səmtinə yıxılar”... Bunu da elə-belə, Osipyanın polis idarəsindən yayımlanan şəklinə baxıb deyirəm.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB