Çində 6 mərtəbəli bina çöküb,onlarla ölü

Çində 6 mərtəbəli bina çöküb,onlarla ölü

SİA xəbər verir ki, TRT-nin Çinin "Sinxua" xəbər agentliyinə istinad etdiyi məlumata görə gecə saatlarında xilas edilən qadın dağıntıların altından sağ xilas edilən 10-cu şəxs olub.

Qeyd olunub ki, aprelin 29-da baş verən hadisədən sonra axtarışların başlamasından 132 saat sonra xilas edilən qadın huşunu qoruyub və xilasedicilərlə əlaqə saxlaya bilib.

Binanın ətrafında yaşayan 39 nəfərdən xəbər yoxdur. İndiyədək dağıntıların altından 10 nəfər sağ xilas edilərkən 5 nəfərin meyidi çıxarılıb. Binanın uçmasına görə bina sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə