Avropa İttifaqı bədii gimnastika üzrə rusiyalı olimpiya çempionu Alina Kabayevaya qarşı sanksiya tətbiq etməyi təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” məlumat yayıb.
Belə ki, agentliyin məlumatına görə, sanksiyalar siyahısı icma üzvləri olan ölkələr tərəfindən təsdiqlənənə qədər hələ də dəyişikliklərə məruz qala bilər.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqına sədrlik “Twitter” Fransan səlahittərlisi Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri mayın 6-da Rusiya əleyhinə yeni sanksiyalar paketini müzakirə edəcəklərini bildirmişdi.
Yeri gəlmişkən, Avropa İttifaqı Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata görə Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq etməyə hazırlaşır. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen çərşənbə günü Strasburqda Avropa Parlamentinin sessiyasında çıxış edərək, Avropa İttifaqı ölkələrinə Rusiya neftindən mərhələli şəkildə imtina etməyə başlamağı, “Sberbank” da daxil olmaqla daha üç Rusiya bankını SWIFT banklararası ödəniş sistemindən ayırmağı və təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB