“...Ukrayna ətrafındakı vəziyyət Qərb ölkələrinə Rusiyaya qarşı çoxdan hazırlanmış iqtisadi repressiya çarxını işə salmağa imkan verib”,
Qeyd edək ki, bunu təşkilatın Təhlükəsizlik Şurasının iclasında çıxış edən Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
SİA bu barədə “TASS”a istinad edir.
“...Sanki siz Rusiyaya qarşı repressiya çarxını başlamaq üçün bu anı gözləyirdiniz. Dünya müharibəsindən danışırıqsa, şübhəsiz ki, hazırda bu iqtisadi sahədə aparılır. Buna hazırlaşdığınıza şübhə etmirik, çünki bu “vola”nın işə salınma sürəti buna əvvəlcədən və ondan çox əvvəl hazırlaşdığınıza şübhə yeri qoymur”. Bunu da Nebenzya deyib.
Daha sonra o, Rusiyaya qarşı tətbiq edilən sayısız sanksiya və qadağaların xüsusi hərbi əməliyyat ilə heç bir əlaqəsi olmayan sadə rusların həyat şəraitinə göstərdiyi mərhumiyyətlərdən danışıb. Qərb ölkələrinin Rusiyaya məxsus 300 milyard dollar məbləğində hesabın dondurulmasını xatırladıb.
Bunların heç bir beynəlxalq hüquqa sığmadığını bildirib.
Nebenzya BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Ukraynaya verdiyi birtərəfli qiymətləndirmə ilə bağlı Rusiyanın çoxlu suallarının olduğunu da bildirib.
Yeri gəlmişkən, bu gün Rusiyaya qahmar çıxan yeganə müttəfiqlərindən biri Çin diplomatiyasının rəhbəri Vanq Yi bir müddət bundan əvvəl Çin hakimiyyətinin Ukrayna ətrafındakı böhranın kökündə Avropa təhlükəsizliyində balansın itirilməsinin olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB