Çin fəzaya 8 ədəd “JILIN-1” Yer müşahidə peykini göndərdi

Çin kosmosa 8 ədəd “JILIN-1” peyki göndərib ki, bu da “Gaofın” Yer müşahidə peyk şəbəkəsinin bir hissəsini təşkil edəcək.
Çin fəzaya 8 ədəd “JILIN-1” Yer müşahidə peykini göndərdi

TRT-nin Çinin Sinxua agentliyinə istinad etdiyi xəbərə görə ki, peyk “Long March 11” raketi ilə Şərqi Çin dənizində qurulan platformadan buraxılıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bildirilib ki, peyklər planlaşdırılan orbit mövqeyinə çatıb

Buraxılış “Long March” raketləri ilə 418-ci uğurlu kosmik missiyadır.

Peyklər Yerin izlənilməsi, şəhərsalma və fəlakətlərin monitorinqi məqsədləri üçün məsafədən zondlama xidmətləri göstərmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, Çin Yer kürəsini peykdən daha aydın şəkildə müşahidə etmək üçün ilk dəfə 2010-cu ildə “Gaofın” peykləri istehsal etməyə başlamış, ilk peyki “Gaofin-1”i 2013-cü ildə kosmosa göndərmişdi

Bütün xəbərlər Facebook səhifəmizdə