Bayden Ağ Evə yeni mətbuat katibi təyin edib

Bayden Ağ Evə yeni mətbuat katibi təyin edib

Ağ Evin mətbuat katibi vəzifəsini icra edən Cen Psakinin mayın 13-də istefa verəcəyi bildirilr. ABŞ administrasiyasından verilən məlumata görə, onun vəzifəsini Karine Jan-Pyer icra edəcək.

SİA bu barədə “TASS”a istinad edir.

“…Kareen belə çətin bir iş üçün özü ilə təkcə lazım olan təcrübə, istedad və dürüstlük gətirməyəcək, o, həm də Amerika xalqı adından Bayden-Harris administrasiyasının işinin təbliğinə rəhbərlik etməyə davam edəcək”.

Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

Qeyd edək ki, prezident Bayden Psakiyə yüksək peşəkarlıq və Amerika xalqı ilə birbaşa ünsiyyətindəki “yüksək yumor hissi”nə görə təşəkkür edib.

Xatırladaq ki, Psaki karyerası ərzində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsində çalışıb, həmçinin Barak Obamanın dövründə ABŞ prezidentliyinin kommunikasiyalar üzrə köməkçisi olub. Bayden seçkilərdə qələbə çaldıqdan və andiçmə mərasimindən sonra o, Ağ Evin 34-cü mətbuat katibi oldu. Psaki bu vəzifədə təxminən bir il yarım işlədi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə