"Rusiya Federasiyasından nüvə zərbəsi yalnız cavab olaraq, müdafiə çərçivəsində mümkündür”. SİA-nın Rusiya saytlarından əldə etdiyi məlumata görə, bunu “Komsomolskaya Pravda” radiosunun efirində Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
Dövlət Dumasının spikeri, “...Rusiya Federasiyasına gəlincə, biz nüvə zərbəsindən yalnız cavab olaraq istifadə edəcəyik” -deyə bildirib.
O, əlavə edib ki, Rusiyada “bu, yalnız bir cavabdır, bu, yalnız müdafiə çərçivəsindədir, əgər onlar vursalar, biz də cavab verəcəyik”.
Maraqlıdır ki, ABŞ-ı nüvə silahından istifadə edən yeganə dövlət kimi təqdim edən Volodin “onlardan hər şey gözləmək olar” -deyə bəyan edib.
Amerikalıların vaxtilə dinc yapon şəhərləri olan Xirosima və Naqasakini bombaladıqlarını xatırladan rusiyalı spiker təkrar olaraq bunun onlardan yenə də gözləmək olduğunu istisna etməyib. Volodin bununla bağlı amerikanların konsepsiyasını da xatırladıb: “qabaqlayıcı hücum hüququ”.
ABŞ-ın Rusiya Federasiyası ilə təhlükəsizlik məsələsini prezident səviyyəsində müzakirə edildiyini xatırladan Dövlət Dumasının sədri ABŞ prezidentinin Rusiyanı eşitmədiyini də yada salıb.
“...Bu məsələ digər dövlətlərin başçıları ilə də müzakirə olundu, biz onlara müraciət edərək soruşduq ki, gəlin danışıqlar masasına oturaq və bütün məsələləri həll edək. Çünki Ukrayna müstəqil deyil. Bu ölkənin Prezidenti müstəqil deyil. Ölkənin suverenlik itirilib”.
Bunu da Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB