Hindistanda yağış yağdı, havalar soyudu

Hindistanda 25 nəfərin həyatına son qoyan həddindən artıq isti hava yağışlar sayəsində soyuyub.
Hindistanda yağış yağdı, havalar soyudu

Hindistanda 25 nəfərin həyatına son qoyan həddindən artıq isti hava yağışlar sayəsində soyuyub.

SİA xəbər verir ki, "ANI News" agentliyinin xəbərinə görə, ölkənin bəzi yerlərində yağıntının olması ilə həddindən artıq istilər səngiyib.

Hindistan Meteorologiya Departamenti Delhi, Uttar Pradeş və Haryana bölgələrində güclü külək və leysanların davam edəcəyini bildirib.

Qeyd olunub ki, musson yağışları mayın 15-dən başlayacaq.

Son həftələr yarımadanın bir çox yerlərində, xüsusən də Hindistan və Pakistanda temperatur təhlükəli dərəcədə yüksək olub.

Aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa əyalətində məktəblər bir həftə bağlandıb, ölkənin bir çox bölgəsində havanın temperaturu 45 dərəcəni keçib.

Həddindən artıq istilər nəticəsində 25 nəfərin öldüyü bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə