“Çox da səmimi olmayan etiraf...”

Lukaşenko Belarusun Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyatda iştirakından danışıb
“Çox da səmimi olmayan etiraf...”

Belarus prezidenti Aleksandr Lukaşenko “Associated Press”ə verdiyi müsahibəsində bəzi mətləblərə aydınlıq gətirib. Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyata “belarus qoşunlarının qismən də olsa qoşulmasını zərurətdən irəli gəldiyini” də çox xəsisliklə etiraf edib.

SİA bu barədə “ramblr”ə istinad edir.

“...Biz Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi əməliyyatda iştirak etmək fikrində deyilik. Çünki buna ehtiyac yoxdur”, - deyən Lukaşenko Rusiyada Belarusun bu vəziyyətdə təklif edə biləcəyi hər şeyin olduğunu bildirib.

Lukaşenko həmçinin qeyd edib ki, belarus xalqı üçün “bizə çox yaxın olan iki qonşu ölkənin əslində vuruşması pisdir”.

“Ancaq siz başa düşməlisiniz: biz Rusiya Federasiyası ilə müttəfiqik, ən yaxın müttəfiqlərik. Ən yaxın hərbi-siyasi ittifaqımız var. Biz bunu heç kimdən gizlətməmişik. Bizim əslində vahid ordumuz var”, - Lukaşenko izah edib.

Lukaşenko Ukraynanın Belarusa zərbə endirməsi təhlükəsini də xatırladıb. O xatırladıb ki, Rusiya Federasiyası dörd raket mövqeyini izləməyə və vurmağa kömək edib.

Maraqlıdır ki, “...və qoşunların bir hissəsi həqiqətən də Belarusu tərk edərək Ukraynaya getdi. Mən başqa cür etməliydim? Düşünürəm ki, yox”, -deyən Belarus prezidenti bununla elə bil özünə haqq qazandırmaq istəyir.

Bundan əlavə, Lukaşenka Ukraynanın ABŞ və Avropa İttifaqından əvvəl ölkəsinə qarşı sanksiyalar tətbiq etməyə başlamasından narazılığını bildirib. O qeyd edib ki, respublika üçün Ukrayna Belarusun ticarət etdiyi “ikinci tərəf” olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə